AZ

Əsəd görün nəyin bədəlini ödəyib: Blinken iki ölkənin adını çəkdi

ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Əfqanıstanla bağlı keçirilən sessiyada Suriyadakı son vəziyyəti dəyərləndirib.

Publika.az xəbər verir ki, Blinken Suriyadakı keçid prosesini yaxından izlədiklərini və ölkədə sabitliyin əldə olunacağına ümid etdiklərini qeyd edib:

“Səmimiyyətlə ümid edirəm ki, Suriya son bir neçə onilliyin fəlakətlərindən uzaqlaşaraq, ölkəni təşkil edən bütün müxtəlif icmaları əks etdirən bir millətə çevrilə bilər. Bununla da hər kəsi bir araya gətirən siyasi keçidə nail ola bilərik. Əgər Suriya əks istiqamətdə getsə və parçalansa, daha çox kütləvi köç, terror və ekstremizmin mərkəzinə çevrilən bir bölgə görəcəyik. Bunların heç biri bizim marağımıza uyğun deyil”.

O, Suriyada İŞİD-in dirçəlməsinə imkan verəcək mühiti əsla istəmədiklərini açıqlayıb.

“Əsəd siyasi prosesdə iştirak etməməsinin bədəlini ödədi”

Seçilən
21
2
publika.az

3Mənbələr