Daxili İşlər Nazirliyinin rəhbərliyi 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ulu Öndərin məzarını ziyarət ediblər.
Missiya.Az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndərin məzarının önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.