Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Hurriyyet.az xəbər verir ki, ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiram anıblar.