AZ

Aİ Şurası Bolqarıstan və Rumıniyanın Şengenə qoşulmasını 18 il sonra təsdiqlədi


Avropa İttifaqı Şurası Bolqarıstan və Rumıniyanın Şengen Sazişinə qoşulmasını, onların icmaya daxil olmasından 18 il sonra təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Aİ Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın Şengen zonası ilə quru sərhədlərində nəzarətin ləğvini təsdiqləyib”, - sənəddə bildirilib.
Qeyd edək ki, 2024-cü ilin martında Bolqarıstan və Rumıniya hava və su nəqliyyatında pasport nəzarətini ləğv edərək Şengenə qismən daxil oldular.
Bolqarıstan və Rumıniyanın Şengenə qəbulunun təsdiqlənməsi prosesində son sözü Aİ liderləri dekabrın 19-20-də Brüsseldə keçiriləcək Aİ sammitində deməlidirlər, lakin bu, sırf formal xarakter daşıyır, çünki ədliyyə və daxili işlər nazirləri bu qərarı liderlərinin məlumatı ilə Aİ Şurasında təsdiqləyiblər.
Seçilən
85
13
yeniavaz.com

10Mənbələr