AZ

ABŞ Ukraynaya yarım milyard dollar hərbi yardım ayırıb.

Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri “Yeddilik” qrupunun qərarına uyğun olaraq Ukraynaya 50 milyard dollar məbləğində kredit ayrıldığını təsdiqləyiblər.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə Berlində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə keçirilən görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

“Biz Ukraynaya hərbi, iqtisadi və maliyyə yardımını, o cümlədən əlavə Avropa vəsaitlərinin səfərbər edilməsini davam etdirəcəyik. Biz “Yeddilik Qrup”un qəbul etdiyi 50 milyard dollarlıq kreditin sürətli və kollektiv şəkildə həyata keçirilməsinin tərəfdarıyıq, bu kreditdə avropalıların mühüm rolu var və bu, Ukraynaya öz ehtiyaclarını, o cümlədən hərbi ehtiyacları ödəməyə imkan verəcək”, - bəyanatda deyilir.

Bildirilib ki, Rusiyanın hərbi qüdrətinin artırılmasının qarşısını almaq üçün səylər davam etdiriləcək, o cümlədən gəlir mənbələrinə, xüsusən də enerjiyə sanksiyalar tətbiq olunacaq.

Seçilən
30
26
seherxeber.org

10Mənbələr