Səkkiz ərəb ölkəsinin xarici işlər nazirləri Suriyada bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırış ediblər.
“İki sahil” xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə XİN başçılarının İordaniyada keçirilən görüşün yekunları üzrə qəbul etdikləri birgə bəyanatda deyilir.
Bundan başqa, nazirlər terrora qarşı mübarizəyə sadiq olduqlarını təsdiqləyiblər.