Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Maskın sərvəti 400 milyard dolları keçib.
Turkustan.az xəbər verir ki, beləliklə, dünyanın ən varlı adamı olan Mask ümumi sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.
İlon Maskın sərvətindəki artım, SpaceX-in dəyərinin artması ilə Tesla səhmlərinin rekord səviyyəyə qalxmasından sonra baş verib.
Forbes jurnalının Real Time Milyarderlər Siyahısına görə, Maskın sərvəti 430,9 milyard dollar olaraq qeyd edilib. Bu dünyada bir ilkdir.
Milyarderlər siyahısında Maskı 243,7 milyard dollar sərvətlə "Amazon"-un qurucusu Ceff Bezos və 220,9 milyard dollar sərvətlə "Oracle"-ın qurucusu Larri Ellison izləyir.
Aytən Yaşar/ Turkustan.az