AZ

Mask və onun şirkəti barədə araşdırma aprılır

İlon Mask və onun sahibi olduğu raket şirkəti SpaceX barəsində araşdırma aparılır. Metbuat.az xəbər verir ki, Mask və onun sahibi olduğu raket şirkəti SpaceX-in federal təhlükəsizlik protokollarına əməl etmədiyi irəli sürülür. “New York Times” qəzeti yazır ki, Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Mask dövlət tərəfindən araşdırılır. Xəbərdə deyilir ki, Mask və SpaceX, milli təhlükəsizliyin qorunmasına yönəlmiş federal hesabat qaydalarına əməl edib-etmədikləri ilə bağlı azı üç federal araşdırma ilə üzləşib.

Bu araşdırmalar Müdafiə Nazirliyinin Baş Müfəttiş İdarəsi, Hərbi Hava Qüvvələri və Pentaqonun Kəşfiyyat və Təhlükəsizlik Katibinin Müşavirinin Ofisi tərəfindən aparılır. Baş Müfəttişin araşdırmasının hələ ötən ilə başladığı qeyd edilib. Məsələ barədə danışan İlon Mask araşdırmanın “dərin dövlət”in sifarişi ilə aparıldığını irəli sürüb.

Seçilən
11
1
metbuat.az

10Mənbələr