AZ

Məsum görünən şarj kabelləri bank məlumatlarınızı oğurlaya bilər

Mütəxəssislər bildirirlər ki, sadə bir şarj kabeli sayəsində bütün məlumatlarınız oğurlana bilər.

Milli.az xəbər verir ki, "USB-C" kabelinə "WiFi" antenası və bir neçə çip əlavə etməklə hakerlər zərərli proqram quraşdıra bilərlər.

Bu kabellər düymə vuruşlarınızı yaza, şifrlərinizi oğurlaya və hətta telefonunuza tam giriş əldə edə bilər.

Bu cür kabellər maliyyə hesablarınızın təhlükə altına düşməsinə səbəb ola bilər. Hücumçular "USB-C" kabelini istədikləri zaman yandırıb söndürə bilərlər.

Özünüzü bu cür hücumlardan qorumaq üçün etibarlı istehsalçıların "USB-C" kabellərindən istifadə etməyiniz vacibdir.

FTB telefonları ictimai enerji doldurma məntəqələrində doldurmamağı tövsiyə edir. Öz kabelinizi və şarj cihazınızı daşımaq əvəzinə elektrik yuvasından istifadə etmək daha təhlükəsizdir.

O.MG kabeli zahirən adi USB kabelə bənzəyən, lakin içinə quraşdırılmış mikroprosessor sayəsində kibertəhlükəsizlik məqsədləri üçün istifadə edilən bir cihazdır.

Bu kabel zərərli proqramların quraşdırılması, məlumatların çıxarılması və ya hədəf cihazı idarə etmək kimi əməliyyatları uzaqdan yerinə yetirmək qabiliyyətinə malikdir.

İlqar Şabanov
Milli.Az

Seçilən
68
1
milli.az

8Mənbələr