ABŞ Konqresinin Nümayəndələr Palatasının 84 yaşlı keçmiş spikeri Nensi Pelosi Konqresin nümayəndə heyəti ilə Lüksemburqa səfəri zamanı xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Pelosi xəsarət alıb və müayinə olunmaq üçün xəstəxanaya aparılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, zədəsi səbəbindən o, nümayəndə heyətinin qalan planlaşdırılan tədbirlərində iştirak edə bilməyəcək.