AZ

Pelosi Lüksemburq səfərində aldığı zədəyə görə xəstəxanaya yerləşdirilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Lüksemburqa səfəri zamanı zədələnib.

“Report” xəbər verir ki, bu barədə siyasətçinin rəsmi nümayəndəsi Yan Kreygerin bəyanatında deyilib.

“Konqresin ikipartiyalı nümayəndə heyətinin Lüksemburqa səfəri zamanı Pelosi rəsmi tədbirdə zədə alıb və müayinə üçün xəstəxanaya yerləşdirilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Pelosi işini davam etdirsə də, qalan tədbirlərdə iştirak edə bilməyəcək. Travmanın xarakteri və ağırlığı barədə bilgi verilməyib.

Qeyd edək ki, 84 yaşlı Pelosi ABŞ Nümayəndələr Palatasında Kaliforniya ştatını təmsil edir.

Seçilən
69
14
far.az

10Mənbələr