AZ

Ərdoğan “Türkiyənin Suriyada nə işi var?” deyənlərə CAVAB VERDİ - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada keçirilən partiyasının 8-ci konqresində çıxış edib.

Musavat.com xəbər verir ki, Ərdoğan Suriya ilə bağlı yeni mərhələyə toxunaraq, Türkiyənin orada mövcudluğunun zəruriliyini bir daha vurğulayıb.

""Türkiyənin Suriyada nə işi var?" deyənlər, indi gördünüzmü niyə orada olduğumuzu? Allah nə millətimizə, nə də Suriyalı məzlumlara bizi utandırmadı. 61 illik zülmün ardından BƏƏS rejimi yıxıldı, Əsəd isə pıl-pırtısını toplayıb qaçmaq məcburiyyətində qaldı”, – deyə Ərdoğan çıxışında bildirib.

Prezident Türkiyənin sabitlik və humanitar yardım siyasətini davam etdirəcəyini qeyd edib. “Bu millət hər zaman yardımsevər olmuşdur, Suriyalı qardaşlarımız isə mühacirdir. Onları heç vaxt tək qoymadıq və onların arxasında dayandıq. Bu səbirlə zəfərə çatdıq”, – deyə vurğulayıb.

Ərdoğan, Türkiyənin gələcək hədəflərinə toxunaraq bildirib ki, hələ həll olunmalı məsələlər və qarşıda çətinliklər var. Lakin ölkə və millət üçün açılan yeni imkanların ən yaxşı şəkildə dəyərləndiriləcək.

Prezident çıxışında mühacirlərə qarşı sərt mövqe nümayiş etdirən rəqiblərinə də cavab verib və Türkiyənin humanitar siyasətinin düzgün olduğunu vurğulayıb. 

Mənbə: https://www.milliyet.com.tr

 

Musavat.com

Seçilən
27
20
musavat.com

10Mənbələr