AZ

Ərdoğandan tarixi həmlə: Türkiyə 11 milyon insanı xilas etdi, 13 il sonra…

  Suriyada hökumətin devrilməsindən sonra Türkiyə rəsmilərinin bu ölkəyə səfəri zamanı böyük coşğu ilə qarşılanmaları diqqət çəkib. Xüsusilə “Təhrir əş-Şam” qruplaşmasının lideri və üzvlərinin Ankara nümayəndələrinə yanaşması, Suriyanın müxtəlif şəhərlərindən Türkiyə bayrağı ilə yayılan görüntüləri müzakirələrə səbəb olub.

Son dönəmlərdə 12-13 il əvvəl Türkiyəyə köçən suriyalılarla bağlı ictimaiyyətdə ciddi fikir ayrılığı var idi. Lakin eks-prezident Bəşər Əsədin devrilməsindən sonra sevinclə ölkələrinə qayıtdığını elan edən suriyalıların görüntüləri bu məsələyə baxışı dəyişdi. Müsahibə verən qaçqınlar Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğana təşəkkür edir, minnətdarlıqlarını bildirirlər. Bəzi ekspertlərin fikrincə, hətta Türkiyə prezidenti Suriyada bir növ milli lider kimi qəbul olunur.

Suriyalıların Rəcəb Tayyib Ərdoğana bu sevgisi nədən qaynaqlanır?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, siyasət strateji düşüncə tələb edir:

“İndi dönüb bir neçə il əvvələ baxanda həqiqətən də Ərdoğanın uzaqgörənliyini müşahidə etmək olur. 2011-ci ildə Suriyanın daxilində başlayan silahlı qarşıdurma ölkənin gələcəyi haqqında bədbin proqnozların ortaya çıxmasına səbəb olmuşdu. Dünya ölkələri daxili silahlı qarşıdurma nəticəsində qaçqına çevrilən suriyalılara olduqca ögey münasibət göstərdi. Yalnız Türkiyə humanitar böhrandan əziyyət çəkənlərə yardım əlini uzatdı. Hətta onlara dəstək üçün beynəlxalq konfransın keçirilmasinə nail oldu.

Dövlət başçıları və hökumətlər suriyalı qaçqınlara yardım etmək vədi versələr də, əməli addımlar atmadılar. Nəticədə bütün yük Ərdoğan iqtidarının üzərinə düşdü. Türkiyə indiyədək öz ərazisində 3,3 milyondan çox suriyalı qaçqın yerləşdirib və onlara mümkün yardımları edib. Həmçinin Avropa ölkələri yardım etmədiyinə görə, ölkə ərazisindən 1.5 milyon suriyalı qaçqının keçməsinə şərait yaradıb. Bundan başqa Türkiyə ilə sərhəddə yerləşən Suriya torpaqlarında 6 milyona yaxın əhalinin yerləşdirilməsi və təhlükəsizliyi, sosial problemlərinin həlli ilə məşğul olub”.

 

Mütəllim Rəhimli

Ekspertin sözlərinə görə, Ankara faktiki olaraq 17 milyon əhalisi olan Suriyanın 11 milyonunu son 13 il ərzində birbaşa himayə edib:

“Eyni zamanda digər əhalinin sosial və siyasi hüquqlarının qorunması istiqamətində də səylər göstərilib. Təbii ki, həmin şəxslər bütün bunları unuda bilməzlər. Dar günlərində sadəcə Türkiyə və Ərdoğan onların yanında olub. Bu səbəbdən hazırda Dəməşqdə Ərdoğanı milli lider, qəhrəman kimi təqdim edirlər.

Türkiyənin Suriyanı hərtərəfli himayə etməsi təbii ki, mübarizə aparan qüvvələrə də əhəmiyyətli təsir göstərib. Nəticədə bu gün bütün silahlı qruplaşmalar, PKK, “Hizbullah” və çox kiçik bir-iki qrup istisna olmaqla, digər böyük güclər Türkiyə ilə hesablaşırlar. Ümid edirik ki, tezliklə PKK-nın Suriyadakı bütün qolları kəsiləcək və məhv ediləcək. Hadisələrin gedişi Ankara üçün umidvericidir. Çünki hazırda Suriyada baş verən bütün proseslərə hakimdir”.  

Seçilən
26
20
referans.az

10Mənbələr