"Yuventus" yaxın gələcəkdə hücumçu Kənan Yıldızı satmaq fikrində deyil.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Mirko di Natale "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 19 yaşlı futbolçunun Premyer Liqa nəhəngləri, o cümlədən "Mançester Yunayted" üçün maraqlı olduğunu, lakin "Yuventus"un gənc forvardın gələcəyi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və gənc türk futbolçunun satılmasının tərəfdarı olmadığını qeyd edib.
Kənan Yıldızın Transfermarkt portalında dəyəri 40 milyon avro qiymətləndirilir. Futbolçunun "qoca sinyora" ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.