AZ

​"Yuventus" Kenan Yıldızın əvəzinə onu alacaq -

"Yuventus" yeni futbolçu almaq üçün türkiyəli futbolçu Kenan Yıldızı satmaq istəyir.Metbuat.az xəbər verir ki, bu iddia ilə İtaliyanın "Corriere dello Sport" qəzeti çıxış edib. Məlumata görə, klub qış transfer dönəmində "Nyukasl Yunayted"də çıxış edən Sandro Tonalini heyətinə qatmağı planlaşdırır. Baş məşqçi Tiago Motta rəhbərliyə Tonalini komandada görmək istədiyini bildirib. Lakin "Yuventus"un bu transfer üçün maliyyə qaynağına ehtiyacı var. Klub "Marsel"in maraq dairəsində olan Nikolo Faciolini satmağı hədəfləsə də, bu addımdan əldə ediləcək gəlirin kifayət etməyəcəyi bildirilir. "Nyukasl Yunayted"in Tonali üçün təxminən 55 milyon avro tələb edəcəyi ehtimal olunur. Bu səbəbdən Kenan Yıldızın transferi gündəmə gəlib. Gənc futbolçunun 35-40 milyon avroya satışı "Yuventus" üçün Tonali transferinə böyük dəstək olacaq.Kenan Yıldızın satışı "Yuventus"un planlarında məntiqli addım kimi qiymətləndirilir. Birinci səbəb, onun Avropanın böyük klublarının diqqətini çəkməsi və bu marağın yüksək məbləğli transfer üçün əlverişli mühit yaratmasıdır. İkinci səbəb isə "Bavariya"dan pulsuz transfer edilən futbolçunun satışından ciddi mənfəət əldə edilə bilməsidir. Üçüncü amil, komandadakı digər hücumçuların performansı ilə əlaqədardır. Konseysonun yüksəlişi, Nikolas Qonzalesin yaxın zamanda qayıdışı, Veah və Mbanguların sabit oyunu, Adziçin performansı Yıldızın heyətdəki rolunu azalda bilər.

Qeyd edək ki, cari mövsüm "Yuventus" forması ilə 23 matçda iştirak edən Kenan Yıldız 4 qol və 5 assistlə yadda qalıb. Türkiyəli futbolçunun klubla 2029-cu ilə qədər müqaviləsi var.

Seçilən
0
11
metbuat.az

10Mənbələr