AZ

Bu vəzifəli şəxs Bakı metrosunda öldü

Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov vəfat edib.   Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. "Səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib. Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb.

Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib", - deyə məlumatda qeyd olunub.

Seçilən
3
31
manset.az

10Mənbələr