AZ

Beyin damarlarının tıxandığını göstərən əlamətlər  hansılardır?

Beyin

Kəllədə yerləşən və bədənin bütün funksiyalarını idarə edən orqan istehsal olunan enerjinin 20-25%-ni istifadə edir. Bu, saniyədə 20 joul enerji sərf etmək deməkdir. Bu istehlakla bədənimizdə ən çox enerji sərf edən orqandır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu istehlakın böyük hissəsi sinir hüceyrələri tərəfindən elektrik və kimyəvi siqnalların aktiv ötürülməsində istehlak olunur. Frontal, Parietal, Temporal və Oksipital adlı 4 lobdan ibarətdir. Bu nahiyələrin hər hansı bir hissəsi sağlam qidalana bilmədikdə beyin damarlarının tıxanması müşahidə edilir.

Serebral arteriyaların tıxanmasının simptomlarına aşağıdakılar daxildir:

- Şiddətli baş ağrısı

- Başgicəllənmə və tarazlığın itirilməsi

- Görmə pozğunluğu və ya ikiqat görmə problemi

- Nitq pozğunluğu və ya anlamaqda çətinlik

- Üzdə və ya bədənin hər hansı bir yerində cingilti və ya zəiflik hissi

- Yaddaş itkisi və ya konsentrasiyada çətinlik

- Koordinasiya və ya yeriməkdə çətinlik,

- Bədənin sol tərəfinə məhəl qoymamaq (məsələn, saçlarını darayan şəxsin sol tərəfinə toxuna bilməməsi kimi)

- Yemək, içmək və udmaqda çətinlik,

- Hər hansı müvafiq orqanda iflicin (insult) müşahidəsi

Əgər bu əlamətlər birdən baş verirsə, bu, o deməkdir ki, insanda beyin damarlarının tıxanması əlamətləri var.

Beyin damarının tıxanması simptomlarına görə hansı həkimə müraciət etməlisiniz?

Şübhəli bir simptom müşahidə etsəniz, xəstəxanaların nevrologiya şöbələrinə müraciət edə bilərsiniz. Dərman müalicəsi kifayət deyilsə və cərrahi müdaxilə zəruri hesab edilərsə, prosedur neyrocərrah mütəxəssisi tərəfindən həyata keçirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
68
1
e-saglam.az

10Mənbələr