Qışda burun tıxanıqlığı daha çox rast gəlinir və bu, yalnız soyuq hava ilə deyil, ətraf mühitin digər amilləri ilə də əlaqədardır.
E-saglam.az xəbər verir ki, Burun Boğaz Xəstəlikləri mütəxəssisi, Dos. Dr. Hande Senem Deveci burun tıxanıqlığının səbəb olduğu problemləri izah edib:
Burunla nəfəs almağın əhəmiyyəti: Burun, havanı təmizləyir, qızdırır və nəmləndirir, bu da oksigenin bədənə daxil olmasına kömək edir və bir çox fiziki funksiyanı tənzimləyir.
Burun spreylərindən istifadə: Dekonjestan burun spreyləri vərdiş yaradır və xroniki burun tıkanıklığına səbəb ola bilər. Dəniz suyu tərkibli spreylər daha təhlükəsizdir.
Xroniki burun tıxanıqlığının problemləri:
- Ağciyərlərə təmiz hava getməməsi.
- Xoruldama və yuxu apnesi.
- Çənə, diş və diş əti problemləri.
- Sinüzit və baş ağrıları.
- Uşaqlarda inkişaf çətinlikləri və diqqət toplama problemi.
Tıxanıqlıq davam edərsə, müvafiq müalicə üçün həkimə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc
E-saglam.az