AZ

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda ABB-nin nizamnamə kapitalı bankın səhmlərinin kütləvi emissiyası nəticəsində əldə edilmiş vəsaitlər hesabına artırılaraq 1 281 271 392.54 manata çatdırılıb. Bankın nizamnaməsi yeni redaksiyada təsdiqlənib. Bununla yanaşı, Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilib.

Qeyd edək ki, 13 dekabr 2024-cü ildə baş tutmuş yığıncaq ABB səhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
9
11
banco.az

10Mənbələr