AZ

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Bakı. Trend6

13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarınınnövbədənkənar Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda ABB-nin nizamnamə kapitalı bankın səhmlərinin kütləviemissiyası nəticəsində əldə edilmiş vəsaitlər hesabına artırılaraq1 281 271 392.54 manata çatdırılıb. Bankın nizamnaməsi yeniredaksiyada təsdiqlənib. Bununla yanaşı, Bankın törəmə innovasiyaşirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbuledilib.

Qeyd edək ki, 13 dekabr 2024-cü ildə baş tutmuş yığıncaq ABBsəhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilkümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35mindən çox səhmdarı var.

Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları üçün gündəlikdəkiməsələlər üzrə elektron qaydada səsvermədə iştirak imkanıyaradılıb. Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə,bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatlarınsəhmdarlara operativ və vaxtında çatdırılmasına, kağızdaşıyıcılarından istifadənin minimuma endirilməsinə imkanverir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etməkolar.

Seçilən
14
17
az.trend.az

10Mənbələr