“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzi inşa etmək istəyir. O, layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Layihə Çarvak su anbarının sahilində gerçəkləşdiriləcək.
Mirziyoyev təklifi dəstəkləyib. O, layihə üzrə Baş nazirin rəhbərliyi ilə komissiyanın yaradılması və infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.