AZ

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikəcək

Azərbaycanlı sahibkar Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan prezidentinin mətbuat xidməti yayıb.

E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Mirziyoyev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib. O, baş nazirin rəhbərlik etdiyi komissiyanın yaradılması və layihənin həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanması, o cümlədən infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.

Bizim.Media

Seçilən
0
20
bizim.media

10Mənbələr