“Unibank” KB ASC, Dilinq əməliyyatları şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Təsvir:
- Müvafiq sistemlərə (Va-Bank, Bloomberg və s.) gündəlik məzənnələri daxil etmək;
- Müxbir hesab qalıqların üzləşdirilməsi, günün sonunda müəyən edilmiş limitlər çərçivəsində müxbir hesabların fəaliyəti uyğun olunmasını təşkil etmək;
- Nağd vəsaitlərin yerli və xarici banklardan təhvil/təslim verilməsi üzrə bütün sənədlərin rəsmiləşdirilməsi;
- Maliyyə və pul bazarlarında valyutanın və qiymətli metalların alqı-satqısı, banklararası kreditlər cəlb edilməsi/ depozit yerləşdirilməsi və digər maliyyə əməliyyatlarının əqdlərin həyata keçirilməsi üzrə sənədlərin hazırlanması;
- Sərbəst vəsaitlərin gəlirlilik məqsədi ilə (overnayt/depozit və s. maliyyə alətlərinə) maliyyə bazarlarında səmərəli yerləşdirilməsi üzrə sənədlərin hazırlanması;
- SWIFT sistemi (MT199, MT2XX, MT3XX, MT5XX, MT6XX, MT910, MT999) üzrə əməliyyatlar yaratmaq;
- Xəzinədarlıq üzrə müxtəlif hesabatlar hazırlamaq;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya maliyyə sahəsində);
- Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik;
- İngilis dili üzrə “Pre-intermediate” səviyyədə bilik;
- Komputerdən və Ofis proqramlarından peşəkar səviyyədə istifadə etmək bacarığı (Xüsusi ilə Excell)
- Yüksək səviyyədə riyazı və məntiqi analiz qabiliyyəti
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az