AZ

Texniki büdcələmə və hesabatlar üzrə aparıcı mütəxəssis -VAKANSİYA

"Azerconnect" MMC, Texniki büdcələmə və hesabatlar üzrə aparıcı mütəxəssis  vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Xərcləri nəzarətdə saxlamaq üçün büdcə sərəncamçılarının verdiyi məlumatlar əsasında Şəbəkə və İT üzrə aylıq/rüblük/illik büdcə hesabatlarını təyin olunmuş vaxt çərçivəsində hazırlamağa kömək etmək;
  • Büdcənin düzgün və təyin edilmiş vaxt çərçivəsində hazırlanmasının və ya ona düzəlişlərin edilməsinin Şöbə Rəisləri və Baş Texniki Direktorun/Maliyyə Direktorunun fikirləri və şirkətin məqsədlərinə müvafiq şəkildə həyata keçirilməsini təmin etmək üçün kömək etmək və onlarla məsləhətləşmək və onların razılığını əldə etmək;
  • Təsdiq edilən hər bir Təsdiqetmə və Göndəriş Sorğusu üzrə TS/MS-nin hazırlanmasının büdcəyə uyğun nəzarət olunması;
  • Maliyyə şöbəsinə görülmüş işlər barəsində aylıq hesabatlar təqdim etməye dəstək olmaq, il sonu maliyə hesabatlarını bağlamaq üçün lazım olan analizləri hazırlamağa dəstək olmaq;
  • Ümumi büdcəni yeni proqnozlaşdırılan səviyyələrdə nəzarətdə saxlamaq.

Tələblər:

  • Büdcə planlaşdırılması və analitika üzrə 1 il iş təcrübəsi olmaq (kapital xərcləri/əməliyyat xəcləri uçotu, EBITDA  maliyyə hesabatı, gəlir hesabatı və s. ilə bağlı bilikləri olmaq);
  • Maliyyə və ya digər müvafiq ixtisas üzrə magistr və ya bakalavr dərəcəsi;
  • Büdcələmə prosesini yaxşı səviyyədə bilmək;
  • Maliyyə, satınalma və maddi-texniki təminat prinsiplərini yaxşı səviyyədə bilmək;
  • Maliyyə idarəetməsi və hesabat vermə bacarıqları;
  • Komanda işi və əməkdaşlıq etmə bacarığı;
  • MS Office proqramlarını sərbəst şəkildə bilmək (MS Project və MS Excel proqramlarını bilmək mütləqdir);
  • Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək;
  • Məlumat bazasının yaradılması və idarə edilməsi;

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
13
34
fins.az

10Mənbələr