Afrikada ilin ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az xəbər verir ki, bu, "Atalanta"nın (İtaliya) hücumçusu Ademola Lukmandır.
Nigeriyalı forvard bu nominasiyada Simon Andriqa (“Brayton”), Seru Qirassi (“Borussiya”, Dortmund), Əşrəf Hakimi (PSJ) və Ronven Uilyamsı (“Mamelodi Sandauns”) qabaqlayıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm “Atalanta” ilə 13 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. O, bu il "Atalanta" ilə Avropa Liqasının qalibi adını qazanıb.