Afrikada ilin ən yaxşı futbolçusu müəyyənləşib.
"Operativ Media " xəbər verir ki, bu, "Atalanta"nın (İtaliya) hücumçusu Ademola Lukmandır.
Nigeriyalı forvard bu nominasiyada Simon Andriqa (“Brayton”), Seru Qirassi (“Borussiya”, Dortmund), Əşrəf Hakimi (PSJ) və Ronven Uilyamsı (“Mamelodi Sandauns”) qabaqlayıb. Lukman mükafatın təqdim olunması mərasimində milli geyimdə olması ilə diqqət çəkib.
Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm “Atalanta” ilə 13 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. O, bu il "Atalanta" ilə Avropa Liqasının qalibi adını qazanıb.