AZ

Çində məmur edam edildi

Çində yüz milyonlarla dolları mənimsəyən məmur Li Jianpin edam edilib.

Busaat.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası ( CCTV ) məlumat yayıb.

Məlumata görə, 2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin Ara Xalq Məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib.

Qeyd olunub ki, ölüm cəzası ilə bağlı qərarı Ali Xalq Məhkəməsi çıxarıb.

Belə ki, Li Jianpin Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonasında işçi komitəsinin katibi vəzifəsində çalışıb. İstintaq onun 1,43 milyard yuanı (199 milyon dollardan çox) mənimsədiyini müəyyən edib. O, həmçinin başqalarından 577 milyon yuan (80 milyon dollardan çox) alıb və 1,05 milyard yuandan (146 milyon dollardan çox) sui-istifadə edib.

Məhkəmə məmuru 2022-ci ildə ölüm cəzasına məhkum edib. Li Jianpin apellyasiya şikayəti verib, lakin ikinci instansiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Seçilən
22
50
busaat.az

10Mənbələr