Çində yüz milyonlarla dolları mənimsəmiş məmur edam edilib. Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
"2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin Xalq Məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib", - məlumatda qeyd edilib.
O da vurğulanıb ki, ölüm cəzası ilə bağlı qərarı Ali Xalq Məhkəməsi çıxarıb.
Li Jianpin Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonasında işçi komitəsinin katibi vəzifəsində çalışıb. İstintaq onun 1,43 milyard yuanı (199 milyon dollardan çox-red.) mənimsədiyini müəyyən edib. O, həmçinin müəyyən şəxslərdən 577 milyon yuan (80 milyon dollardan çox-red.) alıb və 1,05 milyard yuandan (146 milyon dollardan çox-red.) sui-istifadə hallarına yol verib.
Tural