AZ

Prezidentin köməkçisi: Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində çıxışı zamanı deyib.

Şahmar Mövsümov qeyd edib ki, gömrük prosedurlarının sadələşdirilməsi, brokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb.

Onun sözlərinə görə, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb:

“Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb”.

Bizim.Media

Seçilən
12
19
bizim.media

10Mənbələr