AZ

Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard dollara çatıb - Prezidentin köməkçisi

Image

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində çıxışı zamanı bəyan edib ki, son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.

Şahmar Mövsümov qeyd edib ki, gömrük prosedurlarının sadələşdirilməsi, brokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Onun sözlərinə görə, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb: “Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb”.

Mətləb Salahov





Seçilən
22
19
baki-xeber.com

10Mənbələr