AZ

Məhkəmə bank kartından oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda bank kartından oğurluq etməkdə təqsirləndirilən Rəfail Zülfüqarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəfail Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Rəfail Zülfüqarov Bakı şəhər sakininin bank kartından 1430 manat oğurlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.


Şəbnəm Mehdizadə

Seçilən
3
1
e-huquq.az

2Mənbələr