AZ

Ahıl qadının bank kartından oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Ağsuda bank kartından oğurluq etməkdə təqsirləndirilən Səbuhi Zülfüqarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Qasımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Səbuhi Zülfüqarov ahıl qadının bank kartından oğurluq etməkdə təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.


Şəbnəm Mehdizadə

Seçilən
1
1
e-huquq.az

2Mənbələr