AZ

Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotası 35 mindən 100 minə yüksəldilib".
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu yazılı açıqlamasında bildirib.
Nazir Türkiyə-Azərbaycan Quru Nəqliyyatı Müştərək Komissiyasının iclasının keçirildiyini nəzərə çatdırıb.
Uraloğlunun sözlərinə görə, Türkiyədən Azərbaycana ixracın 81 faizi quru yolu ilə həyata keçirilir.
"Türkiyə ilə Azərbaycan arasındakı tranzit keçid sənədi kvotası 35 mindən 100 minə qaldırılıb. Ümumi keçid sənədlərinin sayı 180 500-ə çatıb. Quru yolu daşınmalarında istifadə olunan keçid sənədlərində son illərdə əhəmiyyətli dərəcədə artıma nail olmuşuq. Bu addımla quru yolu daşınmalarında səmərəliliyi artıraraq, ticarətin sürətləndirilməsini təmin etməyi hədəfləyirik", - deyə nazir qeyd edib.
Abdulkadir Uraloğlu daşınmaların və ticarətin inkişaf etdirilməsi üçün birgə işlərin davam etdiriləcəyini də vurğulayıb.
O, iki ölkə arasında rəqəmsal inteqrasiyanın əldə edildiyinə diqqət çəkib.
"Ölkələrimiz arasında elektron keçid sənədlərinin istifadəsinə başlanılıb. Sınaq məqsədilə həyata keçirilən səfər zamanı elektron keçid sənədi verilən ilk türk avtomobili 2024-cü il dekabrın 14-də Azərbaycana daxil olub. Beləliklə, Özbəkistandan sonra Azərbaycan ilə də elektron keçid sənədlərinin istifadəsinə başlanılıb. Elektron keçid sənədi kvotası tranzit daşınmalar üçün 15 min, ikitərəfli daşınmalar üçün isə 500 ədəd olaraq müəyyən edilib. İnteqrasiya işləri davam etdikcə fiziki sənədlər üçün müəyyən edilmiş kvotaların elektron sənədlərə çevrilməsinə qərar verilib", - deyə Abdulkadir Uraloğlu əlavə edib.
Seçilən
10
1
oxu.az

10Mənbələr