AZ

İran rəsmisi: "Yaxın aylarda Xəzəryanı ölkələr arasında dəniz turizmi xətti işə salınacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaxın üç ayda Xəzəryanı dövlətlər arasında dəniz turizmi xətti işə salınacaq.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Əli Əkbər Mərzban bəyan edib.
O, 8-ci Nəqliyyat, Logistika və Sənaye sərgisi çərçivəsində Rusiyanın Xəzəryanı ölkələr arasında dəniz turizmi xəttinin işə salınması təklifinə toxunaraq deyib:
"Moskvanın təklifinə əsasən, Rusiyanın kruiz gəmisi Həştərxan limanından yola düşür, Qazaxıstan, Türkmənistan və Azərbaycanın Bakı limanından keçərək Ənzəli limanına çatır. Biz bu planla bağlı lazımi tədbirlər görürük və ümid edirik ki, beynəlxalq Xəzər turizm xətti fəaliyyətə başlayacaq".
Onun sözlərinə görə, Rusiyanın kruiz gəmisinin yaxın üç ay ərzində İrana daxil olması gözlənilir.
Seçilən
20
50
oxu.az

10Mənbələr