AZ

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə Yuri Husyev X platformasındakı paylaşımında bildirib.

"Hikmət Hacıyev ilə məhsuldar bir görüş oldu. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik", - səfir paylaşımında qeyd edib.

Seçilən
1
33
sitat.info

10Mənbələr