AZ

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə Yuri Husyev “X” platformasında paylaşım edib.

  

"Hikmət Hacıyev ilə məhsuldar bir görüş oldu. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik", - səfir paylaşımında qeyd edib.


Seçilən
2
33
senzor.az

10Mənbələr