Bakı. Trend:
Azərbnaycanda bu ilin yanvar-noyabr aylarında mədənçıxarmasənayesində istehsalın ümumi dəyəri 37,6 milyard manat olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünənisbətən 0,8 faiz çoxdur.
Qeyd olunub ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı26,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 35,1 milyard kubmetr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,9 faiz artıb.