Bu barədə Olaylar Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çoxdur.
Qeyd olunub ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 26,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 35,1 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,9 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31