Moskvanın Basman məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun rüşvət işi üzrə həbs müddətini uzadıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onun həbs müddəti martın 23-dək uzadılıb.
“Timur Vadimoviç İvanovun həbs müddətinin martın 23-dək uzadılması ilə bağlı müstəntiqin vəsatəti təmin edilib”, - hakim Timur Vaxromeyev qərarı elan edib.
Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. İyun ayında həbs müddəti 3 ay, daha sonra yenidən 3 ay uzadılmışdı.
İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.