AZ

İvanovun həbs müddəti növbəti dəfə uzadılıb

Moskvanın Basmannı məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun həbs müddətini martın 23-dək uzadıb.Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Timur Vadimoviç İvanovun həbs müddətinin martın 23-dək uzadılması ilə bağlı müstəntiqin vəsatəti təmin edilib”, - hakim Timur Vaxromeyev qərarı elan edib.

Timur İvanov aprelin 23-də 1 milyon rubl (19 000 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

İttiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

www.anews.az
Seçilən
1
5
anews.az

9Mənbələr