AZ

Azərbaycanda əhali daha çox nə ilə məşğuldur?

Bakı. Trend:

Bu ilin dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən,iqtisadi fəal əhalinin sayı 5 milyon 310,2 min nəfər olub ki,onlardan 5 milyon 27,6 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışanişçilərin sayı 1 milyon 773,3 min nəfər, o cümlədən, iqtisadiyyatındövlət sektorunda 881,7 min nəfər, qeyri-dövlət sektorunda isə891,6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyrineft-qaz sektorunda isə 1741,7 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faiziməhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emalsənayesində, 6,8 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı,tullantıların təmizlənməsi və emalı, 1,8 faizi mədənçıxarmasənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,6 faizi ticarət; nəqliyyatvasitələrinin təmiri, 18,4 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyəvə sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi vəmüdafiə; sosial təminat, 4,6 faizi inzibati və yardımçı xidmətləringöstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizipeşə, elmi və texniki fəaliyyət, 3,3 faizi turistlərinyerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə vəincəsənət, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faiziinformasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədarəməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsisahələrində çalışıblar.

Seçilən
12
5
az.trend.az

7Mənbələr