Dünyanın ən qoca timsahı dekabrın 16-da Cənubi Afrikadakı təbiət mühafizə mərkəzində 124 yaşını qeyd edib.
Azpost.info-nun məlumatına göə, bu barədə “Live Science” xəbər verir.
“Henri” adı verilmiş Nil timsahı 1985-ci ildən Cənubi Afrikanın Skotburq şəhərindəki Krokvorld Conservation Center-də yaşayır.
Bu timsah 1903-cü ildə Botsvanada Okavanqo deltasında tutulub. 40 il əəvvəl təbiət parkına gətirilmiş Henrinin o vaxtdan bəri 10.000-dən çox nəslin atası olduğu deyilir.
Onun dəqiq doğum günü bilinməsə də, Krockvorld onun 1900-cü ildə doğulduğuna inanır və ad gününü hər il dekabrın 16-da qeyd edir.
Sürünənlər uzunömürlülükləri ilə tanınırlar. Heyvanın ömrünün müəyyən edilməsi onların ölçülərinin nəzərə alınmasını tələb edir. Kiçik heyvanlar daha qısa ömür sürməyə meyllidirlər. Çünki onlar daha yüksək metabolizmə malikdirlər, yəni daha çox enerji yandırırlar. Nəticədə daha tez qocalırlar. Ancaq hətta təxminən eyni ölçülü digər heyvanlarla müqayisədə sürünənlər daha uzun yaşayırlar.