Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 517 min 066,28 ton həcmində neft məhsulları ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 322 milyon 243,71 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk 11 ayı ilə müqayisədə 41,7 %, dəyəri isə 40,9 % azalıb.
Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,32 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.