AZ

Trampın Avropaya qəzəbinin səbəbi məlum oldu: 10 ayda 23 faiz azalma

ABŞ 2024-cü ilin oktyabr ayında 376,2 milyard kubfut (təxminən 10,65 milyard kubmetr) mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edib.

Musavat.com ABŞ Energetika Nazirliyinin aylıq hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin əvvəlindən Amerikanın Avropaya LNG tədarükü 23 faiz azalıb.

2024-cü ilin oktyabr ayında LNG ixracı sentyabr ayı ilə müqayisədə 3,6 faiz yüksək, 2023-cü ilin oktyabr ayına nisbətən isə 2,1 faiz azdır. Ay ərzində cəmi 120 LNG tankeri göndərilib.

Əsas ixrac istiqamətləri Fransa (43,1 milyard kubfut və ya 1,22 milyard kubmetr), Yaponiya (30 milyard kub fut və ya 0,85 milyard kubmetr), Hollandiya (28,8 milyard kub fut və ya 0,82 milyard kubmetr), Hindistan (27,4 milyard kubfut və ya 0,78 milyard kubmetr) və Türkiyə (24,1 milyard kubfut və ya 0,68 milyard kubmetr) olub. Bu ölkələr ABŞ-ın bütün tədarükünün 40,8 faizini alıblar.

Hesabata görə, ABŞ-ın ümumi LNG ixracında Asiyaya tədarükün payı sentyabrdakı 41 faizdən oktyabrda 33,9 faizə düşüb. Əvəzində Avropaya ixracın payı 51,8 faizə yüksəlib. Qalan hissə Latın Amerikası və Afrikaya satılıb.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında ABŞ təxminən 3,58 trilyon kubfut(101,3 milyard kubmetr) maye qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. İlin əvvəlindən ABŞ Avropaya 50,4 milyard kubmetr (ümumi həcmin 49,7 faizi), Asiyaya - təxminən 38,6 milyard kubmetr(ümumi həcmin 38 faizi) qaz satıb. Beləliklə də 2023-cü ilin 10 ayı ilə müqayisədə Avropaya tədarüklər 23 faiz azalıb, Asiyaya isə 40 faiz artıb.

Qeyd edək ki, ötən gün Donald Tramp Avropa İttifaqı ABŞ-dan neft-qaz alışını artırmasa, oradan idxal olunan mallara yüksək rüsum tətbiq edəcəyini açıqlayıb.

Musavat.com

phrase_var_article.chosen
6
5
musavat.com

10phrase_var_article.sources