AZ

ABŞ-dən Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 10 ayda 23 % azalıb

ABŞ 2024-cü ilin oktyabr ayında 376,2 milyard kubfut (təxminən 10,65 milyard kubmetr) mayeləşdirilmiş təbii qaz (MTQ) ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2 % azdır, 2024-cü ilin əvvəlindən Avropaya Amerika MTQ tədarükü 23 % azalıb.

"Cebheinfo.az"  “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin aylıq hesabatından məlum olub.

2024-cü ilin oktyabrında MTQ ixracı sentyabr ayı ilə müqayisədə 3,6 % çox, 2023-cü ilin oktyabrı ilə müqayisədə isə 2,1 % az olub. Ümumilikdə 120 MTQ tankeri göndərilib.

Əsas tədarük istiqamətləri Fransa (43,1 milyard kubfut və ya 1,22 milyard kubmetr), Yaponiya (30 milyard kubfut və ya 0,85 milyard kubmetr), Niderland (28,8 milyard kubfut və ya 0,82 milyard kubmetr), Hindistan (27,4 milyard kubfut və ya 0,78 milyard kubmetr) və Türkiyə (24,1 milyard kub fut və ya 0,68 milyard kub metr) olub. Bu ölkələr ABŞ-nin bütün tədarükünün 40,8 %-ni təşkil edib.

Hesabat məlumatlarına görə, oktyabrda ABŞ-nin MTQ ixracının ümumi həcmində Asiyaya tədarükün payı sentyabrdakı 41 %-lə müqayisədə 33,9 %-ə düşüb. Avropaya göndərmələrin payı oktyabrda 51,8 %-ə yüksəlib. Qalan həcmlər Latın Amerikası və Afrika ölkələrinə göndərilib.

Ümumilikdə 2024-cü ilin yanvar-oktyabr aylarında ABŞ təxminən 3,58 trilyon kubfut MTQ (101,3 milyard kubmetr) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur. ABŞ ilin əvvəlindən Avropaya 50,4 milyard kub metr MTQ (ümumi həcmin 49,7 %-i), Asiyaya təxminən 38,6 milyard kubmetr (ümumi həcmin 38%-i) ixrac edib.

Beləliklə, 2023-cü ilin 10 ayı ilə müqayisədə Avropaya tədarük 23 % azalıb, Asiyaya isə 40 % artıb.

"Cebheinfo.az" 

phrase_var_article.chosen
6
6
cebheinfo.az

10phrase_var_article.sources