AZ

Vəkillər Kollegiyası üzvlüyünə qəbul imtahanı keçirilir

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası (NMRVK) üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçirilir.

Teleqraf.com xəbər ki, 3 saat ərzində elektronlaşdırılmış qaydada DİM-in Elektron İmtahanlar Korpusunda keçirilir.

Bildirilir ki, imtahanda iştirak üçün 365 nəfər vəkilliyə namizəd müraciət edib.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub.

Bildirilir ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 58,4 faiz, respublikanın digər regionları üzrə isə 41,6faizdir.

Namizədlərin 16,7 faizi xarici, 83,3 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 47,9 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 69,1 faizini təşkil edir. Qadın namizədlər 25 faiz, kişi namizədlər isə 75 faizdir.

Teleqraf.com - Xəbərlər, son xəbərlər, ən son xəbərlər


Müəllif: Məlik Məlikov
Seçilən
5
8
teleqraf.com

9Mənbələr