AZ

"Regionlarda ciddi həkim çatışmazlığı var" - TƏBİB rəsmisi

Image

Azərbaycan regionlarında ciddi həkim çatışmazlığı var. Bu barədə TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov Bakıda keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bəyan edib. Araz Nəsirovun sözlərinə görə, həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib. TƏBİB-in icraçı direktorunun müavini problemin həlli yollarından da bəhs edib. O qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan olmalıdır.

O qeyd edib ki, bütün yaxşı, üçüncü səviyyəli səhiyyə xidmətinin Bakıda yerləşməsi fikri yanlışdır: "Düzdür, səhiyyə sistemində müəyyən problemlər var, amma son 4-5 ildir mövcud nöqsanların aradan qaldırılması istiqamətində böyük addımlar atılır".

Mətləb Salahov






Seçilən
10
1
baki-xeber.com

10Mənbələr