"Regionlarda ciddi həkim çatışmazlığı var".
Bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində "Dayanıqlı səhiyyə İdarəetməsi" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda cəmlənib.
Araz Nəsirov, həmçinin qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir.