Bakı. Trend:
Bu ilin yanvar- noyabr aylarında Azərbaycandan 23 milyard 522milyon 163 min kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Trend Dövlət GömrükKomitəsinə istinadən xəbər verir.
Məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 7 milyard 604milyon 209 min ABŞ dolları olub.
Qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 5 milyard 171 milyon 480 min ABŞ dolları (40,8%), həcmbaxımından isə 857 milyon 742 min kubmetr (3,5%) azdır.