Bu ilin yanvar- noyabr aylarında Azərbaycandan 23 milyard 522 milyon 163 min kubmetr təbii qaz ixrac edilib.
Kommersant.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 7 milyard 604 milyon 209 min ABŞ dolları olub.
Qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5 milyard 171 milyon 480 min ABŞ dolları (40,8%), həcm baxımından isə 857 milyon 742 min kubmetr (3,5%) azdır.